SON XƏBƏRLƏR

İran Hizbullahla İsrail arasında atəşkəsə razılaşıb

2024.11.16, 10:20
İran Hizbullahla İsrail arasında atəşkəsə razılaşıb

"Reuters" xəbər agentliyi yüksək rütbəli İran rəsmisinə istinadən xəbər verib ki, İslam Respublikası İsrailin Hizbullahın varlığına "ağır zərbələri"ndən sonra mövqeyini dəyişib və atəşkəslə razılaşıb.

Gunaz.tv

"Reuters" həmçinin Livanın iki yüksək səviyyəli siyasi mənbəsinə istinadən bildirib ki, ABŞ-ın Beyrutdakı səfiri Əli Xamneyinin Livandakı nümayəndəsi Əli Laricaninin iştirakı ilə birlikdə atəşkəs planının layihəsini ölkə parlamentinin sədri Nəbih Berriyə təqdim edib.

İran parlamentinin keçmiş sədri və hazırda Xamneyinin müşaviri olan Əli Laricani mətbuat konfransında İranın Amerikanın atəşkəs planına qarşı çıxma ehtimalını dolayısı ilə rədd edərək deyib: "Biz heç nəyi məhv etmək fikrində deyilik. Biz problemlərin həlli yollarını axtarırıq”.

Livanın müvəqqəti hökumətinin baş naziri Nəcib Mikati Laricani ilə görüşündə 1701 saylı qətnamənin həyata keçirilməsində Livanın mövqeyini dəstəkləməyi istəyib və Livan üçün ən önəmli məsələnin “İsrail təcavüzü”nün dayandırılması olduğunu deyib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar