SON XƏBƏRLƏR

İranda 8 məhbus edam edildi

2024.11.16, 14:46
İranda 8 məhbus edam edildi

Güney Azərbaycanın Urmu, Təbriz və Salmas şəhərlərində 4 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bununla yanaşı Amol, Şiraz və Kaşan şəhərlərində də 4 məhkumun ölüm hökmü yerinə yetirilib.

Məhkumlar adam öldürmək və narkotik maddələrin alverində günahlandırılıblar.

Bununla da oktyabr ayının əvvəlindən bu günə kimi İran həbsxanalarında edam edilənlərin sayı 200-ə yaxınlaşıb.

Qeyd edək ki, 10 oktyabr 2023-cü ildən 2024-cü ilin 10 oktyabrına kimi İranda 811 məhkum edam edilib və bu, ondan əvvəlki illə müqayisədə 33% çoxdur.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar