SON XƏBƏRLƏR

İsrail İranın HƏMAS-a maliyyə yardımı haqqında sənədləri ələ keçirib

2024.11.20, 11:29
İsrail İranın HƏMAS-a maliyyə yardımı haqqında sənədləri ələ keçirib

“Jerusalem Post” İsrail ordusunun İranın son iyirmi ildə HƏMAS-a etdiyi maliyyə yardımlarına dair sənədləri əldə etdiyini açıqlayıb.

Gunaz.tv

“Jerusalem Post”un məlumatına görə, bu sənədlər İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyat, eləcə də müharibə zamanı əsir düşən Həmas terrorçularının dindirilməsi zamanı İsrail ordusu və təhlükəsizlik orqanlarının əlinə keçib.

Bu hesabata görə, İran hökuməti, xüsusilə 2014-cü ildən, HƏMAS-ın əsas strateji dəstəkçisinə çevrilib. Qruplaşmanın rəhbərlik və hərbçilərinə hərbi texnika, təlim, eləcə də yüz milyonlarla dollar məbləğində maliyyə yardımı edib.

Bu sənədlər göstərir ki, İran hökuməti HƏMAS-ın hərbi fəaliyyətinə dəstək verməklə yanaşı, Qəzza zolağındakı digər terror təşkilatlarına dəstək verib.

Sənədlər o da bəlli olur ki, İran HƏMAS-ın 2023-cü il oktyabrın 7-dəki hücuma hazırlıq prosesində iştirakı var.

Bu hesabatda İran hökumətinin  2019-cu ildə HƏMAS-ın Qəzzadakı hərbi qoluna ən azı 42 milyon dollar, 2020-ci ildə isə 12 milyon dollardan çox pul ödədiyi də ortaya çıxır.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar