SON XƏBƏRLƏR

Bayden Ukrayna üçün 24 milyard istədi

2024.11.27, 11:26
Bayden Ukrayna üçün 24 milyard istədi

Məlumata görə, Bayden Konqresə müraciət edərək müharibədən əziyyət çəkən Ukraynaya hərbi dəstəyini gücləndirmək və azalan ABŞ ehtiyatlarını artırmaq üçün 24 milyard dollar yardım istəyib.

Gunaz.tv

Günaz.tv xəbər verir ki, bu barədə “Politiko Pro” əldə etdiyi sənədə istinadən məlumat paylaşıb.

“ABŞ Prezidenti Bayden Konqresə Ukraynaya yardım üçün əlavə 24 milyard dollar ayrılması və artıq Kiyevə təhvil verilən silahların müqabilində Amerika ordusunun silah ehtiyatlarının artırılması üçün gizli sorğu göndərib." 

Vaşinqton administrasiyası əvvəllər Kiyevə göndərilmiş bu silahların “Amerika ehtiyatlarını doldurmaq” üçün 16 milyard dollar ayrılacağını gözləyir. Daha 8 milyard dolların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü xətti ilə ayrılması təklif edilir.

Nəşrin yazdığına görə, Bayden administrasiyası bu xərc maddələrinin federal departamentlərin işi üçün vəsaitin ayrılmasını uzatmaqdan ötrü qanun layihəsinə daxil ediləcəyini gözləyir. Qanun dekabrda qəbul oluna bilər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar