SON XƏBƏRLƏR

Pezeşkianın oğluna da vəzifə verildi

2024.11.28, 11:06
Pezeşkianın oğluna da vəzifə verildi

İran Prezidenti Məsud Pezeşkianın iki oğlundan biri olan Yusif Pezeşkian Prezident Aparatının rəhbərinin müşaviri və media üzrə köməkçisi təyin edilib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Hökumətə bağlı media, bu təyinatı "Yusif Pezeşkianın atasının siyasətlərinin həyata keçirilməsinə yardım etmək istəyi" kimi qələmə verib.

Bir müddət əvvəl isə Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi də Prezident Aparatının rəhbərinin sərəncamı ilə Prezident Aparatının xüsusi köməkçisi təyin edilib. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar