SON XƏBƏRLƏR

London polisi tərəfindən 6 PKK-çı həbs edilib

2024.11.28, 11:24
London polisi tərəfindən 6 PKK-çı həbs edilib

London polisi PKK terror qruplaşması ilə əlaqədə şübhəli bilinən şəxslərlə bağlı aparılan antiterror istintaqı çərçivəsində 6 nəfəri həbs etdiyini bildirib.

Gunaz.tv

"Bu həbslər göstərir ki, biz heç bir terror fəaliyyətinə dözməyəcəyik. İstər Böyük Britaniyada, istərsə də başqa yerlərdə vətəndaşlarımıza zərər verəcək hər hansı təhlükə yaranarsa, hərəkətə keçəcəyik" - deyə London Polisinin Terrorla Mübarizə Komandanlığından Helen Flanaqan bildirib.

İstintaq çərçivəsində Londonun quzeyindəki yerləşən Kürd İcma Mərkəzi də daxil olmaqla, Londonun səkkiz yerində axtarış aparılıb. London polisi bütün bu yerlərdə axtarış əməliyyatının hələ də davam etdiyini bildirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar