SON XƏBƏRLƏR

Əsədin İrana bağlılığı Hələbin süqutuna səbəb olub - ABŞ

2024.12.01, 10:46
Əsədin İrana bağlılığı Hələbin süqutuna səbəb olub - ABŞ

Bəşər Əsəd hökumətinin Rusiya və İslam Respublikasından asılılığı və 2015-ci ildə BMT-nin sülh prosesini irəlilətməkdən imtina etməsi Hələbin süqutu üçün şərait yaradıb.

Gunaz.tv

Bu, Amerika Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilib.

Şuranın sözçüsü Con Kirbi, Hələb şəhərinə hücumun “Heyət Təhrir Əlşam” terror qruplaşması tərəfindən həyata keçirildiyini və ABŞ-ın bu əməliyyatda heç bir iştirakının olmadığını vurğulayıb.

Qeyd edək ki, Suriyada müxalifləri Hələb və İdlib şəhərlərindən sonra Əsəd rejimi qüvvələrinin nəzarətində olan Hama şəhərinə də daxil olmağa başlayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar