SON XƏBƏRLƏR

Türkiyənin ABŞ-a etdiyi təklifin detalları üzə çıxdı

2024.12.02, 12:02
Türkiyənin ABŞ-a etdiyi təklifin detalları üzə çıxdı

Türkiyə ABŞ-a Amerika qoşunlarının çıxarılması müqabilində Suriyada İslam Dövləti ( İŞİD) ilə mübarizənin məsuliyyətini öz üzərinə götürməyi təklif edib.

Gunaz.tv

Türkiyə ABŞ-a Amerika qoşunlarının çıxarılması müqabilində Suriyada İslam Dövləti (İŞİD) ilə mübarizənin məsuliyyətini öz üzərinə götürməyi təklif edib.

Günaz.tv Publika.az - a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat paylaşıb.

“Türkiyə Vaşinqtona təklif edib ki, Birləşmiş Ştatlar qoşunlarını çıxarsa və kürdlərə hərbi dəstəyi dayandırarsa, ordusu Suriyada İslam Dövləti ilə mübarizəni öz üzərinə götürə bilər”, - nəşr yazır.

Agentliyin məlumatına görə, Amerika tərəfi hələlik təklifə cavab verməyib. Materialda qeyd olunur ki, Donald Tramp prezident seçkilərində qalib gəldikdən sonra Vaşinqtonun “əlləri bağlıdır” .

Agentlik vurğulayır ki, Türkiyə Suriyada əsas oyunçulardan biridir, çünki o, kürd qüvvələrinə qarşı mübarizəni ekzistensial hesab edir. Öz növbəsində ABŞ kürd qüvvələrini İslam Dövlətini məğlub etməkdə mühüm amil hesab edir.

 

 

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar