SON XƏBƏRLƏR

İran məhkəməsi İsrailə görə daha bir edam qərarı çıxardı

2024.12.07, 13:49
İran məhkəməsi İsrailə görə daha bir edam qərarı çıxardı

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan 26 yaşlı Məhəmməd Əmin Məhdəvi Şayistə "İsrailə cüsusluq" ittihamına görə edam ediləcək.

Gunaz.tv

Bu barədə insan haqları tşkilatları məlumat yayıb.

Bildirilib ki, edam qərarı Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi tərəfindən verilib.

İnsan haqları təşkilatları Məhəmməd Əmindən işgəncə altında məcburi etiraf alındığını və onun İsraillə əməkdaşlığını sübut edən heç bir faktın olmadığını bildiriblər.

Qeyd edək ki, noyabr ayında da 3 nəfər "İsraillə əmkdaşlıq" ittihamına görə edama məhkum ediliblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar