SON XƏBƏRLƏR

Cümə imamlarından Pezeşkiana çağırış- Qanunu icra et!

2024.12.07, 16:00
Cümə imamlarından Pezeşkiana çağırış- Qanunu icra et!

İran Prezidenti Məsud Pezeşkianın dekabrın 2-də televizya çıxışında "Hicab və iffət" qanununun icrasının problemlər yarada biləcəyin ilə bağlı fikirlərindən sonra Əli Xaməneinin əyalətlərdəki nümayəndələri və cümə imamları Prezidentə qarşı çıxışlar ediblər.

Gunaz.tv

Onlar dekabrın 6-də cümə namazı çıxışlarında hökuməti hicab qanununun icrasına çağırıblar.

Məşhəd, Təbriz, Yəzd, Kərəc və başqa bir neçə şəhərin cümə imamı Məsud Pezeşkianı qanunların icrası ilə bağlı içdiyi andı unutmaqda günahlandırıblar.

"Qanunun qarşısında dayanmaq olmaz və o mütləq icra edilməlidir",- Təbrizin cümə imamı Əhməd Mütəhhəri Pezeşkiana çağırış edib.

Qeyd edək ki, Məsud Pezeşkian televizyadakı çıxışnda "Hicab və ifət qanunu"nun icrasının vətəndaşların narazılıqlarına səbəb olacağına görə onu həyata keçirməkdə tərəddüd etdiyini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar