SON XƏBƏRLƏR

Suriya artıq azaddır; Əsəd rejimi devrildi

2024.12.08, 11:12
Suriya artıq azaddır; Əsəd rejimi devrildi

Suriya dövlət televiziyası ölkədə Bəşər Əsəd rejiminin sona çatdığını və bütün siyasi məhbusların azad edildiyini elan edib.

Gunaz.tv

Musavat.com TRT Haber-ə istinadən xəbər verir ki, rejimin çökməsi ilə Suriya xalqı üçün yeni bir dövr başlayır.

Dövlət televiziyası tərəfindən yayımlanan bəyanatda qeyd olunur ki, Əsəd rejiminin süqut etməsi ilə ölkədə geniş miqyaslı dəyişikliklər baş verir. Bu açıqlama silahlı qruplaşmaların Dəməşqi nəzarətə götürməsi və hökumət qüvvələrinin geri çəkilməsi fonunda gəldi.

Siyasi məhbuslar azad edilir

Əsəd hökuməti illərlə müxalifətə və rejim əleyhdarlarına qarşı sərt təzyiqlər tətbiq edib. Minlərlə insan rejimə qarşı çıxış etdikləri üçün həbs olunmuşdu. Dövlət televiziyasının verdiyi məlumata görə, bütün məhbusların azad edilməsi qərarı rejimin süqutunun ən əhəmiyyətli addımlarından biri kimi qiymətləndirilir.

Yeni dövr başlayır

Suriya xalqı üçün bu hadisələr ölkədə 61 illik avtoritar idarəetmənin sona çatdığını və demokratik bir gələcəyə doğru ümidlərin artdığını göstərir. Ekspertlər hesab edir ki, bu dəyişikliklər Suriyada həm daxili, həm də beynəlxalq səviyyədə ciddi təsirlər yaradacaq.

 

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar