SON XƏBƏRLƏR

İsrail Dəməşqdə İrana aid tədqiqat mərkəzini vurdu

2024.12.08, 21:56
İsrail Dəməşqdə İrana aid tədqiqat mərkəzini vurdu

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə iranlı alimlərin raket hazırladığı iddia edilən tədqiqat mərkəzinə və hərbi hava limanına hava zərbələri endirib.

Gunaz.tv

Bu barədə “Reuters“ regional təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, İsrail Dəməşqin Kəfər Susə məhəlləsindəki böyük təhlükəsizlik kompleksinə üç hava zərbəsi endirib.

Bundan başqa gömrük və hərbi kəşfiyyat binalarına da hücum edildiyi bildirilir. Sosial şəbəkələrdə vurulan binalarda baş vermiş yanğının görüntüləri yayılıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar