SON XƏBƏRLƏR

İranda 8 məhbus edam edildi

2024.12.09, 14:19
İranda 8 məhbus edam edildi

Güney Azərbaycanın Zəncan və Təbriz şəhərlərinin həbsxanalarında 3 məhkum edam edilib.

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, 37 yaşlı zəncanlı Amənə Əlipur adam öldürmək, təbrizli məhkumlar isə narkotik maddələrin alverində günahlandırıldıqlarına görə asılıblar.

Bununla yanaşı, eyni ittihamlara görə, İranın Bircənd, İsfahan və Zahidan  şəhərlərinin həbsxanalarında da 5 məhkumun edam hökmü icra olunub.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına kimi İran həbsxanalarında 811 məhbusun edam hökmü yerinə yetirilib.

2024-cü ilin əvvəlindən bu gün kimi isə İran həbsxanalarında edam edilənlərin sayı 2023-cü ildəkindən çoxdur.

GünazTV  

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar