SON XƏBƏRLƏR

Almaniya, Fransa və Böyük Britaniyanın İranın nüvə proqramının genişləndirməsini pislədi

2024.12.10, 10:49
Almaniya, Fransa və Böyük Britaniyanın İranın nüvə proqramının genişləndirməsini pislədi

İranın yeraltı Fərdo obyektində zənginləşdirilmiş uranın istehsalını 60 faizə çatdırmaq üçün nüvə proqramını genişləndirmək istiqamətində atdığı son addımları pisləyirik.

Gunaz.tv

Bu barədə Fransa, Almaniya və Böyük Britaniyanın yaydığı birgə bəyanatda deyilir.

“İranın istifadədə olan sentrifuqalarının sayının artması, əlavə zənginləşdirmə infrastrukturunun yaradılması üçün hazırlıqlara başlaması və beləliklə zənginləşdirmə imkanlarını daha da artırması barəsində məlumatı öyrənmək bizi son dərəcə narahat edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) lazımi əlavə təminatları həyata keçirə bilməmişdən əvvəl İran yüksək zənginləşdirilmiş uran ehtiyatını artıracaq. Biz İranı bu addımları çəkinməyə və nüvə gərginliyini dərhal dayandırmağa çağırırıq”, - bəyanatda vurğulanıb.Üç ölkə İranın nüvə proqramının genişləndirməsini pisləyib

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar