SON XƏBƏRLƏR

Suriya kəşfiyyatçısı sirli detallar ÜZƏ ÇIXARTDI

2024.12.10, 11:09
Suriya kəşfiyyatçısı sirli detallar ÜZƏ ÇIXARTDI

Suriyada 61 illik BƏƏS rejiminin süqutundan sonra Rusiyaya qaçan eks-prezident Bəşər Əsədin ölkəsini tərk edərkən neçə milyard dollar apardığı üzə çıxıb.

Gunaz.tv

GünazTV Axar.az-a istinadən xəbər verir ki, Əsədin 135 milyard dollar qaçırdığını iddia edən rejim kəşfiyyatından Xalid Beyye hakimiyyət daxilində son günlərində çox böyük qarşıdurma yaşandığını deyib.

“Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq arasında böyük qarşıdurma var idi. İlk dava Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında olub. Hərbi kəşfiyyatla ordu arasında məlumat axını dayandı. Hələbin ələ keçməsi ilə başlayan məğlubiyyət müxalifəti Dəməşqə gətirdi”, – Beyye bildirib.

Qeyd edək ki, 27 noyabrda “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlibi ələ keçirməsi ilə hərəkata başlayıb, cəmi 12 gün sonra isə (8 dekabr) Dəməşqi alaraq, Əsəd rejimini devirib. Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb. Onun Rusiyada da əmlaklarının olduğu açıqlanmışdı.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar