SON XƏBƏRLƏR

İran Suriyanın düşmənidir - Əl-Colani

2024.12.10, 13:59
İran Suriyanın düşmənidir - Əl-Colani

Suriya opozisionunun əsas liderlərindən olan "Heyəti Təhrir Əlşam"ın rəhbəri Əbu Məhəmməd Colani yeni hökumətin mövqeyi ilə bağlı verdiyi açıqlamada İranla bağlı sərt bəyanat səsləndirib.

Gunaz.tv

O, İran və Livaının "Hizbullah" terror təşkilatını Suriyanın əsas düşmənləri adlandırıb və hər iki qüvvənin Suriyanın sabitliyi üçün ciddi təhlükə hesab etdiyini bildirib.

"İran və Hizbullah Suriyanın milli birliyinə və sabitliyinə və sabitliyinə qarşı ən böyük təhdiddir. Bizim məqsədimiz Suriyada əmin-amanlıq yaratmaq və bu qüvvələrin təsirini sona çatdırmaqdır",- Colani vurğulayıb.

Suriyanın yeni hökumtinin bölgə ölkələri ilə əməkdaşlıq edəcəyini bildirən Colani, İran və Hizbullahın bu prosesdə iştirakının mümkün olmadığını söyləyib.

"Bu qüvvələr yalnız Suriyanın deyil, bütövlükdə bölgənin təhlükəsizliyini təhdid edir"

Şərhçilər Əbu Məhəmməd Colaninin bu açıqlamasını bölgədə yeni reallığın formalaşmaqda olduğunu və güc balansının dəyişəcəyi ilə bağlı anons olduğunu bildirirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl Hələbdə döyüşlər gedən zaman opozision rəhbərlərindən biri Əbu Əbdu da oxşar bəyanatlar səsləndirib.

“Donald Trampın ABŞ prezidenti seçilməsi ilə İsrail və ABŞ-yə rəğbətimiz artıb və biz bu iki ölkənin İran İslam Respublikasının bölgədə və bütün dünyada terrorizmi dəstəkləməsinə qarşı hərəkətlərinə diqqət yetiririk”,- Əbdu əlavə edib.

O, həmçinin İranı və onun əlaltılarını, o cümlədən Livan Hizbullahı və Bəşər Əsəd rejimini “tarixi İran imperiyasının şanlı dövrü"nə qayıtmaq arzusunda olan cinayətkar varlıqlar adlandırıb.

"Ancaq hamımız birlikdə onlara qarşı mübarizə aparsaq, İran və dəstəkçiləri bu istəklərinə çata bilməyəcək",- Əbu Əbdu müxtəlif qrupları birləşməyə çağırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar