SON XƏBƏRLƏR

İran parlamenti Suriya ilə bağlı iclas keçirib

2024.12.10, 15:26
İran parlamenti Suriya ilə bağlı iclas keçirib

Bu gün İran parlamentində Suriyada baş verənlər və Bəşər Əsədin devrilməsi ilə bağlı müzakirələr aparılıb.

Gunaz.tv

Bu barədə İran mediası mlumat yayıb.

İclasda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Salami də iştirak edib.

Parlamentin rəyasət heyətinin üzvü Əhməd Nadirinin sözlərinə görə, SEPAH-ın Qüds qüvvələrinin komandirlərindən birinin də iclasda iştirakı nəzərdə tutulsa da, bu alınmayıb.

"Suriyada Əsəd hökumətinin süqutu və regional hadisələrin gələcəyi müzakirə edilib. Bildirilib ki, Bəşər Əsəd hakimiyyətinin süqutuna, son ana qədər bizim hərbi müşavirlərimiz və qüvvələrimiz Suriyada olub, indi isə Suriyada İran qüvvələri yoxdur",- Nadiri əlavə edib.

Onun sözlərinə görə, iclasda parlamentin 5 üzvü çıxış edib və Hüseyn Salam isə iki dəfə çıxış edərək Suriyada baş verənlərlə bağlı yekun hesabat təqdim edib.

Əhməd Nadiri deyib ki, iclasda ümumi müzakirə mövzusu həm də, İranın bölgədəki hərbi strategiyaları, həmçinin İsrailin əməliyyatları və İranın İsrailə qarşı əməliyyatlarının təsviri, eləcə də regionda hökm sürən təhlükəsizlik, kəşfiyyat və hərbi vəziyyət olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar