SON XƏBƏRLƏR

İranın Dəməşqdəki səfirliyi işini bərpa edib - İddia

2024.12.11, 10:23
İranın Dəməşqdəki səfirliyi işini bərpa edib - İddia

Bəşşar Əsəd devrildikdən sonra Suriyanın paytaxtı Dəməşqdə İran hakimiyyəti səfirliyinin işini bərpa edib.

Gunaz.tv

Məlumatı SEPAH-a yaxın sosial media kanalları yayıb.

Bildirilib ki, diplomatik missiya gündəlik adi iş rejimində fəaliyyət göstərir.

Bunu Suriyanın rəsmi mediası və yeni hökumət rəsmiləri təsdiqləməyib.

Xatırladaq ki, dekabrın 7-də İran səfirliyinin əməkdaşları təxliyə edilmişdi.

Qeyd edək ki, bundan əvvəl “Heyəti-Tahrire-Şam”ın rəhbəri Əbu Məhəmməd əl-Colani İranı Suriyanın düşməni elan edib.

O, bütün bölgə ölkələri ilə əməkdaşlıq etməyə hazır olduqlarını, ancaq bu prosesdə İranın yeriolmadığını vurğulayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar