SON XƏBƏRLƏR

Türkiyə Suriyada əməliyyata başladı - VIDEO

2024.12.11, 10:47
Türkiyə Suriyada əməliyyata başladı - VIDEO

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb.

Gunaz.tv

GünazTV Globalinfo.az-a istinadla xəbər verir ki, MİT Suriyanın Qamışlı şəhərində PKK/YPG-yə məxsus silah-sursatları hədəf alıb.

Terrorçuların Əsəd rejimindən ələ keçirdiyi ağır silah və sursatların olduğu 12 TIR, 2 tank və 2 sursat anbarı məhv edilib.

PKK-çılar qaranlıq hava şəraitindən istifadə edərək, texnikaları TIR-lara yükləyib ərazidən uzaqlaşmağa çalışarkən hədəf alındığı bildirilib.

Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.

MİT mənbələri bildirib ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar