SON XƏBƏRLƏR

Əsəd devrildikdən sonra SEPAH daxilində fikir ayrılıqları artıb

2024.12.11, 10:54
Əsəd devrildikdən sonra SEPAH daxilində fikir ayrılıqları artıb

Bəşər Əsədin devrilməsi ilə bağlı SEPAH qüvvələri arasında fikir ayrılıqlarının artması müşahidə olunur.

Gunaz.tv

Bu barədə Böyük Brotaniyanın "Telegraph" nəşri məlumat dərc edib.

Qəzetin yazdığına görə, İran İnqilabı Keşikçiləri Korpusunun komandirləri Bəşər Əsəd hökumətinin devrilməsindən qəzəbləniblər və onun süqutu ilə İslam Respublikasının regionda nüfuzunu itirməsinə görə bir-birlərini günahlandırırlar.

Qeyd edək ki, İran hökuməti Suriya vətəndaş müharibəsinə müdaxilə etməklə yanaşı, Əsəd rejimini dəstəkləmək üçün də milyardlarla dollar xərcləyib.

Məsələ ilə bağlı keçmiş millət vəkili Bəhram Parsai bir müddət əvvəl “X” sosial şəbəkəsində paylaşım edərək özünün parlamentdə olduğu müddətdə Suriyanın İrana borcunun 30 milyard dollar olduğunu bildirmişdi.

Xatırladaq ki, Bəşər Əsəd hökuməti İran hökumətinin Yaxın Şərqdə “müqavimət oxu” adlandırdığı əsas həlqələrdən biri idi və onun süqutu İran hökumətinin regional təsirini xeyli zəiflətdi.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar