SON XƏBƏRLƏR

İsrailin müdafiə naziri Xameneiyə cavab verib: Müttəfiqinin süqutuna görə Tehranın özü məsuliyyət daşıyır

2024.12.12, 11:19
İsrailin müdafiə naziri Xameneiyə cavab verib: Müttəfiqinin süqutuna görə Tehranın özü məsuliyyət daşıyır

İsrailin müdafiə naziri İsrael Katz, İran liderinin Bəşər Əsədi devirmək üçün ABŞ və İsrailin ortaq fəaliyyət göstərməsi ilə bağlı ittihamına cavab olaraq, Tehranın müttəfiqinin süqutuna görə özünün məsuliyyət daşıdığını bildirib.

Gunaz.tv

İsrael Katz bunu İordaniya ilə sərhəddə yoxlama zamanı çıxış edərkən bildirib.

"Suriya müxalifəti Dəməşqi ələ keçirməklə Bəşər Əsədi qaçmağa məcbur etdi. Bəşər Əsədin Suriya üzərindəki hakimiyyətinin başa çatması ilə İslam Respublikası regiondakı əsas müttəfiqlərindən birini itirib." - deyə Ktz əlavə edib.

İsrailin baş naziri Benyamin Netanyahu isə Əsədin devrilməsini İran ilə mübarizədə mühüm qələbə hesab edib və bunu İsrailin İran və Livan Hizbullahına qarşı zərbələrinin nəticəsi adlandırıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar