SON XƏBƏRLƏR

İranda 12 məhkum edam edildi

2024.12.12, 13:36
İranda 12 məhkum edam edildi

Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində adam öldürmkdə günahlandırılan 2 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bununla yanaşı Şirazın Adilabad həbsxanasında 1, Kərəcin Qızılhisar həbsxanasında isə 9 məhbusun edam hökmü yerinə yetirilib.

Onların 6-ı qətldə, 4-ü isə narkotik maddəlrin alverində ittiham olunduqlarına görə asılıblar.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına kimi İran həbsxanalarında 811 məhbusun edam hökmü yerinə yetirilib.

2024-cü ilin əvvəlindən bu gün kimi isə İran həbsxanalarında edam edilənlərin sayı 2023-cü ildəkindən çoxdur.

GünazTV  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar