SON XƏBƏRLƏR

New York Times: Suriyadakı hadisələr İran rəsmilərini çaşdırıb

2024.12.14, 10:33
New York Times: Suriyadakı hadisələr İran rəsmilərini çaşdırıb

İran rəsmilərinin Suriyadakı son hadisələrlə bağlı açıqlamalarına toxunan “New York Times” beş İran rəsmisinə istinadən yazıb ki, onların hamısı gizli şəkildə İranın 11 gündə hər şeyini itirdiyini deyirlər.

Gunaz.tv

“New York Times” qəzetinin məlumatına görə, bəziləri İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək səviyyəli üzvlərindən və Suriyada təcrübəyə malik olan bu beş İran rəsmisi hökumətin hələ də çaşqınlıq içində olduğunu və Suriya məsələsində irəliyə doğru yol tapmağa çalışdığını bildiriblər.

Bu rəsmilərin sözlərinə görə, İran hökuməti hazırda Suriya ilə üsyançıların icazə verdiyi istənilən səviyyədə diplomatik münasibətlər qurmağa razıdır.

“New York Times” qəzetinin iki mənbəsi bildirib ki, İran diplomatik əlaqələrin tamamilə kəsilməsindən və Dəməşqdəki səfirliyinin bağlanmasından yayınmaq niyyətindədir

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar