SON XƏBƏRLƏR

İran Suriyada təxribat törətməyə çalışır

2024.12.14, 10:39
İran Suriyada təxribat törətməyə çalışır

İran rejimi ölkədə partizan müharibələrinə başlamaq üçün Bəşər Əsəd ordusunun qalıqlarını təşkilatlandırmağa çalışır.

Gunaz.tv

Bu barədə suriyalı mənbələr məlumat yayıb.

Məlumata görə, İran Suriya sahilləri, Deyr əz-Zor və Əbu Kamal kimi bölgələrdə öz planlarını həyata keçirmək üçün Bəşər Əsəd ordusunun zabitləri və "Şəbihə" qruplaşması üzvləri ilə əlaqə yaradıb.

"İranın bu hərəkətlərində əsas məqsəd Suriyada yeni hökumətin qurulmasının qarşısını almaq və bu ölkədə qeyri-sabitlik yaratmaqdır",- məlumatda bildirilib.

Qeyd edək ki, İran rəhbəri Əli Xamənei 2 gün əvvəlki çıxışında Əsədi devirən müxalifləri işğalçı adlandırıb və Suriyanın tezliklə azad ediləcəyini deyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar