SON XƏBƏRLƏR

İrandan Çinə neft satışı azalıb - Media

2024.12.16, 12:13
İrandan Çinə neft satışı azalıb - Media

ABŞ-nin İran və İran neftini daşıyan tankerlərə tətbiq etdiyi sanksiyalar səbəbindən İranın Çinə neft satışı azalıb.

Gunaz.tv

Bu barədə Blomberq nəşri məlumat yayıb.

“ABŞ-nin neft tankerlərinə qarşı son sanksiyaları Şandun limanında İran gəmilərinin sayının azalmasına səbəb olub, çünki çinli alıcılar yüklərin sanksiyaya məruz qalmayan gəmilərlə çatdırılmasını getdikcə daha çox tələb edirlər”,- məlumatda bildirlib.

Bununla yanaşı, noyabr ayında İrandan Çinə göndərilməsi nəzərdə tutulan yüklərin tədarüklərinin bəzilərinin hələdə çatdırılmadığına diqqət çəkilib.

Qeyd edək ki, ümumilikdə İran neftini daşıyan 191 böyük tanker sanksiyalara məruz qalıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar