SON XƏBƏRLƏR

Bəşər Əsəddən ilk açıqlama

2024.12.16, 17:34
Bəşər Əsəddən ilk açıqlama

Suriyada 53 illik Əsəd rejimi müxalif qrupların 12 günlük irəliləyiş nəticəsində paytaxt Dəməşqə nəzarəti ələ keçirməsi ilə sona çatdı. Dekabrın 8-də Dəməşqi tərk edən devrilmiş lider Bəşər Əsəd ilk dəfə açıqlama verib.

Gunaz.tv

Suriya Rəyasət Heyətinin Telegram kanalında verilən açıqlamada Bəşər Əsədin bəyanatı dərc olunub.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Bəşər Əsəd dekabrın 8-i səhər saatlarına qədər Dəməşqdə qalıb. "Mənim Suriyanı tərk etməyim müharibənin son saatlarında baş verib", - Əsəd deyib.

Əsəd açıqlamasında, “Dekabrın 8-nə qədər ölkəni tərk etməyi və ya istefa verməyi düşünmədim” deyib. Əsəd Dəməşqə daxil olanda Rusiyanın koordinasiyası ilə Latakiyaya getdiyini bildirib.

Bəşər Əsəd, həmçinin əlavə edib ki, paytaxtın silahlı qruplaşma tərəfindən ələ keçirilməsini Dəməşqdən getdikdən sonra öyrənib: “Mənim Suriyanı tərk etməyim əvvəlcədən planlaşdırılmayıb və bəzilərinin iddia etdiyi kimi, döyüşlərin getdiyi son saatlarda olmayıb”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar