SON XƏBƏRLƏR

Tramp: Suriyanın gələcəyinin açarı Türkiyənin əlindədir

2024.12.17, 11:09
Tramp: Suriyanın gələcəyinin açarı Türkiyənin əlindədir

"Suriyadakı hadisələrin açarı Türkiyənin əlində olacaq."

Gunaz.tv

Bu sözləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib.

Tramp həmçinin Türkiyənin Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasında rol oynadığını iddia edib.

“Türkiyə böyük gücdür və Ərdoğan mənim çox yaxşı münasibətim olan bir siyasətçidir. O, güclü və yorulmaz ordu yaratmışdır. Türkiyə Suriyadakı vəziyyəti dost şəkildə nəzarətə götürdü”. - deyə Tramp fikirlərinə əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar