SON XƏBƏRLƏR

Türkiyənin xarici işlər naziri: Biz Səudiyyə Ərəbistanı ilə Suriya məsələsində ən yüksək səviyyədə koordinasiya edirik

2024.12.17, 11:32
Türkiyənin xarici işlər naziri: Biz Səudiyyə Ərəbistanı ilə Suriya məsələsində ən yüksək səviyyədə koordinasiya edirik

Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi verdiyi açıqlamada ölkəsinin Suriyadakı inkişaf tempinin artması ilə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə koordinasiyaya malik olduğunu bildirib.

Gunaz.tv

“Biz Suriyanı Səudiyyə rəsmiləri ilə Xarici İşlər Nazirliyi və təhlükəsizlik qurumları səviyyəsində aydınlıq, şəffaflıq və dürüst niyyətlə müzakirə edirik və mərhələni tam həssaslıqla idarə edirik.” - deyə Hakan Fiad əlavə edib.

Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi və Nazirlər Şurasının sədri Şahzadə Məhəmməd bin Salmanın təqdim etdiyi 2030-cu ilə qədər inkişaf baxışı planı çərçivəsində böyük bir transformasiyanın şahidi olduğunu vurğulayan Türkiyə xarici işlər naziri, region ölkələrinin öz inkişaf planlarını axsatmamaq üçün hər hansı yeni münaqişənin başlamasında maraqlı olmadığını bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar