SON XƏBƏRLƏR

Əl-Ərəbiyyə: Bəşər Əsədin qardaşı Maher Əsəd İraqın Süleymaniyyə şəhərinə qaçıb

2024.12.17, 11:43
Əl-Ərəbiyyə: Bəşər Əsədin qardaşı Maher Əsəd İraqın Süleymaniyyə şəhərinə qaçıb

Əl-Ərəbiyyə öz mənbələrinə istinadən xəbər verir ki, Maher Əsəd İraqın Süleymaniyyə şəhərinə qaçaraq, Kürdüstan Vətənpərvərlər Birliyi Partiyasının lideri Bafel Talabaninin yanına gedib.

Gunaz.tv

Əl-Ərəbiyyənin İraqdakı ofisinin direktoru Bəşər Əsədin qardaşı Maher Əsədin Suriya ilə sərhəddəki Akaşat bölgəsindən iranlı müşavirlərlə birlikdə İraqa daxil olması barədə məlumatı təsdiqlədiyini bildirib.

Mahir Əsəd Respublika Qvardiyasının və 4-cü Diviziyasının rəhbəri olmaqla yanaşı, Suriya kəşfiyyat aparatına da nəzarət edirdi və Suriya xalqına və Əsəd rejiminə qarşı çıxanlara qarşı işgəncə və qətllərin əsas icraçılarından biri idi.

Qeyd edək ki, Bafel Təlabani Cəlal Təlabaninin oğludur və İran İnqilab Keşikçiləri Korpusu və PKK terror qruplaşması ilə sıx əlaqələrə malikdir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar