SON XƏBƏRLƏR

Suriyada kütləvi məzarlıqda minlərlə cəsəd aşkarlanıb

2024.12.17, 12:27
Suriyada kütləvi məzarlıqda minlərlə cəsəd aşkarlanıb

Suriya Fövqəladə Hallar Nazirinin sözlərinə görə Dəməşq şəhəri yaxınlığında yerləşən kütləvi məzarlıqdan ən azı yüz min insan cəsədi aşkarlanıb.

Gunaz.tv

Muaz Mustafanın sözlərinə görə bu kütləvi məzarlıq Suriyanın paytaxtından 25 kilometr quzeydə yerləşir. Onun sözlərinə görə yüz min rəqəmi olduqca optimist yanaşmadır və gerçək say bundan çoxdur. 

Muaz Mustafa aşkarlanan digər ütləvi məzarlıqlarda suriyalılarla yanaşı xarici vətəndaşlara məxsus cəsədlərin olduğunu da bildirib.

Bu qətllər, böyük ehtimal Suriyada Əl-Əsəd rejiminin hakimiyyəti dönəmində, həm Bəşər Əsəd, həm də atası Hafiz Əsəd tərəfindən rejim müxaliflərinə qarşı həyəta keçirilib.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar