SON XƏBƏRLƏR

Əsədin qardaşı yoxa çıxıb - İraqda da yoxdur

2024.12.17, 13:13
Əsədin qardaşı yoxa çıxıb - İraqda da yoxdur

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Maher Əsəd İraq torpağında deyil.

Gunaz.tv

GünazTV “AzPolitika”-a istinadla xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.

Departamentin sözçüsü, general Miqdad Miri İraq Xəbər Agentliyinə deyib: “Sosial şəbəkələrdə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Maher Əsədin İraq ərazisində olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Qeyd edək ki, bundan öncə Maher Əsədin hələ dekabrın 8-də İsrail bombardmanı zamanı həlak olduğu barədə məlumatlar yayılmışdı. Sonradan bu xəbərlər özünü doğrultmadı.

Hazırda Bəşər Əsədin Rusiyada olduğu məlum olsa da, qardaşının yeri məlum deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar