SON XƏBƏRLƏR

İran prezidenti Misirdə baş tutacaq D-8 sammitində iştirak edəcək

2024.12.17, 13:47
İran prezidenti Misirdə baş tutacaq D-8 sammitində iştirak edəcək

İran prezidenti Məsud Pezeşkian cümə axşamı Misirdə keçiriləcək böyük müsəlman ölkələrinin sammitində iştirak edəcək. İran prezidentinin Misirə on ildən artıq müddətdə ilk səfəridir.

Gunaz.tv

Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib. Bu İranın prezidentinin on ildən artıq zamanda Misirə ilk səfəri olacaq.

Misir və İran arasında münasibətlər son onilliklər ərzində gərgin olsa da, Misir Qəzza məsələsində vasitəçi rol oynamağa çalışdığı üçün iki ölkə yüksək səviyyəli diplomatik əlaqələri gücləndirməyə başlayıb.

Qeyd edək ki, Misirdə 19 dekabrdan etibarən Banqladeş, İndoneziya, Malayziya, Nigeriya, Pakistan və Türkiyənin daxil olduğu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti öz işinə başlayacaq.

D-8 1997-ci ildə Cənub-Şərqi Asiyadan Afrikaya qədər uzanan ölkələr arasında əməkdaşlığı yaxşılaşdırmaq üçün yaradılıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar