SON XƏBƏRLƏR

Ərdoğan: Türkiyə terror təşkilatlarını məğlub edən yeganə NATO ölkəsidir

2024.12.17, 15:50
Ərdoğan: Türkiyə terror təşkilatlarını məğlub edən yeganə NATO ölkəsidir

Suriyadakı hadisələrin ardınca Ankaranın diplomatik təmasları sürətlənib. Prezident Rəcəb Tayyib Ərdoğan Beştəpədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen ilə görüşüb.

Gunaz.tv

"Türkiyə suriyalı qardaşlarının yanında olmağa davam edəcək. Türkiyə hər iki terror təşkilatını meydanda məğlub edən yeganə ölkədir. Bölgəmizin gələcəyində nə İŞİD-ə, nə də PKK-ya və onların törəmələrinə yer yoxdur." - görüş zamanı Ərdoğan vurğulayıb.

Ərdoğan 13 illik humanitar böhran və münaqişə dövründə Aİ ilə çoxlu layihələr həyata keçirdiklərini vurğuladı. Eyni zamanda yeni layihələrin də həyata keçirilməsinin vacibliyini vurğuladı.

Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin bəyanatlarından diqqət çəkən önəmli məqamlar oldu. 

"Əsəd rejiminin süqutu Suriya xalqına ümid verir. Türkiyənin burada həqiqətən çox mühüm rolu var, bölgəyə sabitliyin gətirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları aradan qaldırılmalıdır. Eyni zamanda bütün suriyalıların və azlıqların təhlükəsizliyi təmin edilməlidir." - Ursula von der Leyen bildirib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar