SON XƏBƏRLƏR

BMT-də Baş Assambleyası İranda insan haqlarının pozulmasını pisləyən qətnamə təsdiqlənib

2024.12.18, 11:34
BMT-də Baş Assambleyası İranda insan haqlarının pozulmasını pisləyən qətnamə təsdiqlənib

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ötən ay bu assambleyanın üçüncü komitəsi tərəfindən qəbul edilmiş, İranda insan haqlarının pozulmasını pisləyən, qətnaməni təsdiqləyib.

Gunaz.tv

Qeyd edək ki, qətnamənin əlehinə səs verən İranın özündən başqa Çin, Rusiya, Ermənistan, İraq, Oman, Pakistan kimi ölkələr və bəzi Afrika və Cənubi Amerika ölkələri olub.

Bu qətnamədə ölüm hökmünün, xüsusilə siyasi məhbuslara və yetkinlik yaşına çatmayanlara qarşı ölüm hökmünün icrası, dini azlıqlara, o cümlədən, bəhai icmasının üzvlərinə qarşı təzyiqlərin artması, siyasi məhbusların hüquqlarının pozulması, onların vəkillərlə görüşünə imkan verilmımısi ilə bağlı məsələlər yer alıb.

Qətnamədə İran hökumətindən həbsi beynəlxalq hüquqa əsasən qanunsuz sayılan bütün məhbusları dərhal azad etməsi tələb olunub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar