SON XƏBƏRLƏR

Tanınmış rusiyalı analitik: Suriyadan sonra növbə İranındır

2024.12.18, 13:22
Tanınmış rusiyalı analitik: Suriyadan sonra növbə İranındır

Rusiyanın tanınmış hərbi analitiki İqor Korotçenko bildirib ki, Suriyada baş verən hadisələrdən faydalananlar ABŞ, İngiltərə, Türkiyə və İsraildir. Uduzan tərəf isə İrandır. İran çox yaxşı bilir ki, Suriyadan sonra növbə onundur.

Gunaz.tv

APA xəbər agentliyinə müsahibə verən İqor Korotçenko Suriyadakı hadisələrin kənardan səhnələşdirildiyini və Britaniya (Mİ6), Amerika və Türkiyə kəşfiyyat xidmətləri tərəfindən idarə olunduğunu iddia edib.

Korotçenkonun sözlərinə görə, Suriya məsələsində açıq-aydın məğlub olan tərəf İrandır. Baş verənlər İrana və onun regiondakı proksisinə güclü zərbədir: “İran birmənalı olaraq uduzub. İranda əsas problem hakimiyyətin transferi məsələsidir. İranın Ali Rəhbəri elə yaşdadır ki, artıq hakimiyyəti kiməsə ötürməlidir. Bundan başqa biz İranın hazırkı prezidentinin simasında yeni Qorbaçovu görürük. O da İranda yenidənqurmaya getsə, mövcud rejimin sonunu gətirəcək. Əlbəttə ki, hər şey İranın Ali Rəhbərliyinin fəaliyyətindən asılı olacaq. Əgər İran Ali Rəhbərliyi hakimiyyət transferini uğurlu, yəni ayətullahların və hərbçilərin nəzarəti altında sakit həyata keçirməsə, bu İslam Respublikası üçün pis nəticələnəcək”.

Rusiyalı ekspert vurğulayıb ki, əvvəla Suriyada baş verənlər həzm olunmalıdır: “Lakin əsas geosiyasi aktorların, yəni İsrail və ABŞ-nin nöqteyi-nəzərindən İranda hakimiyyət piramidasını yıxmaq üçün böyük oyun oynanılacaq. Ona görə də Suriyadan sonra növbədə İranındır.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar