SON XƏBƏRLƏR

Almaniyada terror aktı: çox sayda ölən və yaralı var

2024.12.21, 13:18
Almaniyada terror aktı: çox sayda ölən və yaralı var

Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb.

Gunaz.tv

Hadisə nəticəsində 13 nəfərin öldüyü bildirilir.

Başqa bir məlumata görə isə “BMW” markalı avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı əsilli şəxs olduğu müəyyən edilib.

Artıq Almaniya kansleri Olaf Şolts baş verən hadisəyə münasibət bildirib: “Maqdeburqdan gələn xəbərlər pis fikirlərə yol açır. Fikirlərim qurbanların və yaralıların yaxınlarının yanındaır. Bu dəhşətli saatlarda xilasedicilərə minnətdarlığımı bildirirəm”.

Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar