SON XƏBƏRLƏR

İran polisi daha bir bəluçu güllələdi

2025.01.13, 19:19
İran polisi daha bir bəluçu güllələdi

İranın Sistan və Bəluçistan əyalətinin Xaş şəhərində polis qüvvələri daha bir etnik bəluçu güllələyərək öldürüb.

Gunaz.tv

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, 35 yaşlı Arif Kordi məmurların xəbərdarlıq etmədən onun avtomobilinə açdığı atəş nəticəsində yaralanıb.

Həkimlər bir neçə güllə yarası ilə xəstəxanaya çatdırılan bəluçun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 2024-cüildə hökumət qqüvvələrinin açdığı atəş nəticəsində 122 bəluç həlak olub, 114 bəluç isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar