SON XƏBƏRLƏR

Suriyanın Xarici İşlər naziri Türkiyəyə səfər edəcək

2025.01.14, 12:16
Suriyanın Xarici İşlər naziri Türkiyəyə səfər edəcək

Suriyada Əsəd rejiminin devrilməsindən sonra yeni administrasiyanın Xarici İşlər naziri Əsəd Həsən Şeybani sabah Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Gunaz.tv

Suriyanın Xarici İşlər naziri Şeybani sosial media hesabından verdiyi açıqlamada bildirib ki, "Sabah Yeni Suriyanı təmsil etmək üçün on dörd ildir Suriya xalqını heç vaxt tərk etməyən Türkiyə Respublikasına ilk rəsmi səfərimizi edəcəyik".

Qeyd edək ki, Suriyanın yeni Xarici İşlər naziri təhsilini Türkiyədə alıb. Şeybani 2022-ci ildə İstanbul Sabahattin Zaim Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər magistr proqramını bitirib.

İstanbul Sabahattin Zaim Universitetindən verilən açıqlamada, tezis mövzusunun “Ərəb üsyanlarının 2010-2020-ci illər arasında Türkiyənin Suriyaya qarşı xarici siyasətinə təsiri” olduğu qeyd edilib.

Açıqlamada Şeybaninin eyni universitetdə doktorantura təhsilini davam etdirdiyi paylaşılıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar