SON XƏBƏRLƏR

Heç vaxt Trampı öldürməyə cəhd etməmişik- Pezeşkian

2025.01.15, 12:23
Heç vaxt Trampı öldürməyə cəhd etməmişik- Pezeşkian

İran heç vaxt Amerikanın seçilən Prezidenti Donald Trampa qarşı süi-qəsd etməyi planlaşdırmayıb.

Gunaz.tv

Bu iddianı İran Prezidenti Məsud Pezeşkian səsləndirib.

O, ABŞ-nin “NBC News” telekanalına eksklüziv müsahibəsində İranın Trampa sui-qəsd cəhdinin İsrailin və başqa ölkələrin İranafobiyanı təşviq etmək planlarının tərkib hissəsi olduğunu deyib.

Pezeşkian, bundan sonra da Trampa qarşı hər hansı sui-qəsd planı hazırlamayacaqlarını bildirib.

İran mediası bunun ABŞ-də keçirilən prezident seçkisindən sonra Məsud Pezeşkianın xarici mətbuata verdiyi ilk müsahibə olduğunu, Pezeşkianın bu müsahbədə sensasiyalı açıqlama verdiyini yazsa da, "sensasiyalı" açıqlama barədə heç nə dərc etməyib.

Qeyd edək ki, 13 iyul 2024-cü ildə seçkiqabağı mitinqdə Trampa qarşı sui-qəsd olub və o yüngül yaralanıb.

Ona qarşı hücumda İranın maraqlı olduğu barədə fikirlər səsləndirildikdən sonra, Tramp bunun süut olunacağı təqdirdə İranı sərt cəzalandıracağını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar