SON XƏBƏRLƏR

Ərdoğan: Hər kəs əlini Suriyadan çəksin

2025.01.15, 14:59
Ərdoğan: Hər kəs əlini Suriyadan çəksin

Hər kəs əlini Suriyadan çəksin, həm İŞİD-i, həm də YPG-ni ən qısa zamanda darmadağın edəcək gücümüz var.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.

Suriyadakı ən ciddi problemin hazırda ölkə ərazisinin az qala üçdə birini işğal edən YPG terror təşkilatı olduğunu bildirən Ərdoğan əlavə etdi ki, “Suriyanın təbii sərvətlərini də qəsb edən YPG terror təşkilatı silahını yerə qoymasa, yaxınlaşan ağrılı aqibətdən xilas ola bilməyəcək. Hər kəs əlini bölgədən uzaq tutmalıdır. Suriyalı qardaşlarımızla birlikdə qısa zamanda İŞİD, YPG və digər terror təşkilatlarının başlarını əzəcəyik". 

Prezident Ərdoğan açıqlaması zamanı əlavə etdi ki, Türkiyənin yanındakı bir ölkəyə (Suriya) tamamilə ədalətli və qanuni səbəblərlə, xüsusilə humanitar səbəblərlə müdaxilə etməsi qədər təbii bir şey yoxdur. “Biz çoxəsrlik qardaşlıq əlaqələrimiz və 911 kilometr sərhədimiz olan qonşu ölkəyə qərblilərin gözü ilə baxa bilmərik”. 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar