SON XƏBƏRLƏR

İran İslam İnqilabı Keşikçiləri Korpusu Qəzzada atəşkəsi fələstinlilərin “qələbəsi” kimi qiymətləndirib

2025.01.16, 16:04
İran İslam İnqilabı Keşikçiləri Korpusu Qəzzada atəşkəsi fələstinlilərin “qələbəsi” kimi qiymətləndirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cümə axşamı günü Qəzzada İsrail və HƏMAS silahlı qruplaşması arasında əldə olunmuş atəşkəs razılaşmasını fələstinlilər üçün qələbə, İsrail üçün isə məğlubiyyət kimi qiymətləndirib.

Gunaz.tv

SEPAH-ın bəyanatında deyilir: “Müharibənin başa çatması və atəşkəsin tətbiqi Fələstin üçün qələbə, sionist rejim üçün isə böyük məğlubiyyətdir.”

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf da İsrailin öz strateji hədəfinə çatmaqda uğursuz olduğunu iddia edib.

Çərşənbə günü Qətər və Birləşmiş Ştatlar İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsinə dair razılaşma əldə ediblər. Atəşkəs bazar günü qüvvəyə minəcək.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar