SON XƏBƏRLƏR

“Böyük yeddilik” ölkələri İsrail-HƏMAS razılaşmasına görə İrana xəbərdarlıq etdi

2025.01.17, 16:43
“Böyük yeddilik” ölkələri İsrail-HƏMAS razılaşmasına görə İrana xəbərdarlıq etdi

İsrail və HƏMAS arasında atəşkəs və girovların dəyişdirilməsi barədə razılığın əldə edilməsindən sonra G7 ölkələrinin liderləri İrana xəbərdarlıq edib.

Gunaz.tv

Bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

"İran İslam Respublikası və onun müttəfiqlərindən İsrailə qarşı hər hansı hərbi əməliyyatdan çəkinməyi tələb edirik",- bəyanatda bildirilib.

G7 ölkələrinin bəyanatında İsrail və HƏMAS arasındakı atəşkəs razılaşması mühüm inkişaf adlandırılıb.

"Biz bütün tərəfləri münaqişəyə daimi son qoymağa kömək etmək üçün dialoqun növbəti mərhələlərində fəal iştirak etməyə çağırırıq”,- bəyanat müəlifləri bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar