SON XƏBƏRLƏR

İran XİN başçısının Amerikaya səfəri təxirə salınıb

2025.01.20, 13:50
İran XİN başçısının Amerikaya səfəri təxirə salınıb

İranın xarici işlər naziri Abbas Əraqçi vaxt çatışmazlığından Nyu-Yorka səfər etməyəcək.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yanvarın 20-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, A.Əraqçi Nyu-Yorka gələn həftə səfər etməliydi:

"BMT-də Fələstin, o cümlədən Qəzza zolağında vəziyyət müzakirə olunacaq. Ancaq regionda və Fələstində baş verənlərə görə bu səfər baş tutmayacaq”.

Qeyd edək ki, Əlcəzairin sədrliyi ilə xarici işlər nazirlər səviyyəsində Yaxın Şərq, o cümlədən Fələstindəki məsələlər müzakirə olunacaq. Həmin görüşə İran tərəfi də dəvət olunmuşdu.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar