SON XƏBƏRLƏR

Təhlükəsizlik avadanlıqlarının olmadığna görə məlikanlı işçi həlak oldu

2025.01.21, 11:13
Təhlükəsizlik avadanlıqlarının olmadığna görə məlikanlı işçi həlak oldu

Yanvarın 20-də Şərqi Azərbaycan əyalətinin Məlikan rayonunda təhlükəsizlik avadanlıqlarının olmaması səbəbindən daha bir elektrikçi yüksəklikdən yıxılaraq həyatını itirib.

Gunaz.tv

Bu barədə "İlna" məlumat yayıb.

"Məlikanın Qaragöl kəndindən olan Salman Həmpayi adlı işçi “Qurbankəndi” kəndində elektrik dirəyindən yerə düşərək həlak olub, onun ölümünə səbəb işçlərin təhlükəsizlik avadanlıqları ilə təmin edilməməsidir",- məlumatda bildirilib.

Qeyd edək ki, son 1 il ərzində Şərqi Azərbaycan əyalətində müxtəlif sahələrdə baş verən iş qəzalarında 97 nəfər həyatını itirib, 1189 nəfər isə yaralanıb.

Bədbəxt hadisələrin baş verməsinin əsas səbəbi kifayət qədər təhlükəsizlik avadanlığının və iş yerlərində lazımi standartların olmamasıdır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar