SON XƏBƏRLƏR

Urmunun kürd meri istefa verdi

2025.01.22, 14:09
Urmunun kürd meri istefa verdi

Qərbi Azərbaycan əyalətinin miliyyətcə kürd olan meri Hüseyn Mehdizadə istefa məktubunu Şəhər Şurasına göndərib.

Gunaz.tv

Bu barədə Urmu Şəhər Şurasının sədri Məhəmməd Xəlilpur məlumat yayıb.

O, merin yanvarın 21-də istefası ilə bağlı Çəhər Şurasına rəsmi məktub göndərdiyini bildirib.

Xəlilpur, Hüseyn Mehdizadənin istefasının Şəhər Şurasının açıq iclasında səsə qoyulacağını və bununla bağlı yekun qərar veriləcəyini deyib.

Qeyd edək ki, kürd əsilli mer, Qərbi Azərbaycanda kürd qruplaşmalarına yaxınlığı, narkobaron kimi tanınan, SEPAH və təhlükəsizlik zabitləri ilə yaxın münasibətləri olan Naci Şərif Zindəştinin yaxın adamlarından sayılır.

2024-cü ilin dekabr ayının əvvəllərində də onun istefası ilə ağlı məsələ qaldırılsa, Şəhər Şurasının üzvlərinin əksəriyyəti buna səs versə də, Hüseyn Mehdizadə 40 gündən sonra qərarın dəyişdirilməsinə və yenidən vəzifəyə qayıtmağa nail olub.

Mehdizadənin bundan əvvəl Urmuda tarixi türk adlarının dəyişdirilməsi istiqamətindəki əməlləri urmuluların narazılığı ilə qarşılaşıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar