SON XƏBƏRLƏR

Rus kəşfiyyat gəmisi Britaniya sahillərinə gəldi

2025.01.23, 11:53
Rus kəşfiyyat gəmisi Britaniya sahillərinə gəldi

Britaniyanın müdafiə naziri bu həftənin əvvəlində Britaniya sahillərinə daxil olan rus kəşfiyyat gəmisinin Kral Donanması tərəfindən izlənildiyini açıqlayıb. Con Healey bildirib ki, "Yantar" adlı gəmi Böyük Britaniyanın önəmli sualtı infrastrukturunun xəritəsini çəkmək və kəşfiyyat məlumatlarını toplamaq üçün istifadə olunur.

Gunaz.tv

GünazTV Türkiyənin "Milliyet" qəzetinə istinadən bildirir ki, Böyük Britaniyanın müdafiə naziri Con Healey hadisənin “Rusiya təcavüzünün artmasının daha bir nümunəsi” olduğunu deyib: “Putinin bunu eşitməsini istəyirəm: biz sizi görürük, nə etdiyinizi bilirik və müdafiə üçün güclü addımlar atmaqdan çəkinməyəcəyik."

Rusiya “Yantar”ı okean tədqiqat gəmisi kimi qələmə verir və Rusiya Müdafiə Nazirliyi tərəfindən idarə olunur. Lakin Qərb ölkələri hesab edir ki, gəmi Avropa sahillərində fəaliyyət göstərərkən tez-tez izlənilir və onun missiyasının bir hissəsi sualtı kabellərin xəritəsini çəkməkdir. Avropa ölkələri hesab edir ki, Rusiya Ukraynaya genişmiqyaslı işğala başlayandan sonra bu cür fəaliyyətləri artırıb.

 

Son dakika... İngiliz sularında Rus casus gemisi krizi: Ne yaptığını biliyoruz Putin

Rusiyanın Yantar casus gəmisi. Foto: Böyük Britaniya Müdafiə Nazirliyi

 

Müdafiə naziri əlavə edib ki, gəmi son aylarda ikinci dəfədir ki, Britaniya sularına daxil olur və noyabr ayında Böyük Britaniyanın kritik sualtı infrastrukturu üzərində "araşdırma" apararkən aşkarlanıb.

Healey bildirib ki, Kral Hərbi Dəniz Qüvvələrinin sualtı qayığına Yantar yaxınlığında səthə çıxmağa icazə verilib. Healey bunu "xəbərdarlıq tədbiri" olaraq xarakterizə etdi və bunun "gəminin hər hərəkətini gizli şəkildə izlədiyimizi açıq şəkildə bildirmək istədikləri üçün" edildiyini söylədi.

Müdafiə nazirinin müavini Ceyms Kartlic Mühafizəkarlar hökumətinin Rusiya dəniz təhlükəsi ilə mübarizə aparmasını dəstəklədiyini bildirib.

Kral Hərbi Dəniz Qüvvələrinin döyüş qaydalarına edilən dəyişikliyi alqışlayan Kartlic deyib: "Bu, Putinə güclü bir mesaj göndərir: o, bizi qorxuda bilməz. Əgər onun məqsədi sularımızda və ya ətraf mühitimizdə zərərli fəaliyyətin qarşısını almaqdırsa, biz buna cavab verəcəyik."

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar