SON XƏBƏRLƏR

İran və Tacikistan fars dili ilə bağlı yeni mərkəz yaradıb

2025.01.23, 12:43
İran və Tacikistan fars dili ilə bağlı yeni mərkəz yaradıb

Tacikistanın paytaxtı Düşənbə şəhərində Tacik-Fars Mədəniyyəti Tədqiqat Mərkəzi yaradılıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, mərkəzin açılış mərasimində İranın mədəniyyət, turizm və əl işləri naziri Seyid Rza Salehi Əmiri, Tacikistanın mədəniyyət naziri Mətlubə xan Səttarian, İran Ticarət Palatasının 
başçısı Səməd Həsənzadə və başqaları iştirak edib.

"Bu gün İran və Tacikistan xalqı üçün mübarək gündür. Fars dili bu iki xalqın mədəni kimliyinin ən mühüm elementlərindən biridir və Firdovsi bu şirin dilin simvolu kimi onun ayaqda qalmasına səbəb olub",- iranlı nazir deyib.

Salehi Əmiri tədqiqat mərkəzinin açılmasını İran və Tacikistan arasında mədəni əlaqələrin genişləndirilməsində yeni bir fəslin başlanğıcı olduğunu söyləyib, mərkəzin ilk layihəsinin fars və tacik dillərinin kökləri və dialektləri ilə bağlı araşdırmalar olacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl İran Prezidentləri Həsən Ruhani. İbrahim Rəisi və Məsud Pezeşkianın türk Dili Akademiyasının yaradılacağı barədə vədlərin heç biri yerinə yetirilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar