SON XƏBƏRLƏR

HƏMAS 4 girovu azad etdi

2025.01.25, 14:54
HƏMAS 4 girovu azad etdi

HƏMAS 4 israilli qadın girovu azad edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə İsrail Müdafiə qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, grovlar Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib. Onlar 477 gün əsirlikdə olub.

HƏMAS-a bağlı Məhbuslar Media Ofisinin paylaşdığı adlar siyahısına görə, bu gün azadlığa buraxılması planlaşdırılan 200 fələstinlidən 70-i, o cümlədən ömürlük məhbuslar deportasiya ediləcək. Deportasiya ediləcək fələstinlilərin hansı ölkəyə göndəriləcəyi dəqiqləşdirilməyib.

Siyahıya əsasən, azadlığa buraxılacaq fələstinlilərdən 137-si HƏMAS, 26-sı Fəth Hərəkatı, 29-u İslami Cihad Hərəkatı, 3-ü Fələstinin Azadlıq Xalq Cəbhəsi və 1-i Fələstinin Azadlıq Demokratik Cəbhəsinə məxsusdur. Onlardan 4-ü heç bir qrupa aid deyil.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar