Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
GünazTV xəbər verir ki, Modern.az Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Aysu Əsgərli ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında şəhidin qızı bildirib ki, iki ildir ki, İran məhkəməsinin qərarını gözləyirdilər.
"Nəhayət, qərar təsdiqləndi. Bunun haqda deyəcəyim heç bir söz yoxdur. Sadəcə hisslər var. Edam hökmünün icrası zamanı mən yox, babamın iştirakını çox istərdim. Azərbaycanda atamın xatirəsini heç vaxt unutmurlar. Edam hökmünə qərar verilməsində bunun böyük rolu olub. Anam da mən də heç vaxt onu unutmuruq”.
Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Türkiyədə ali məktəbə qəbul olub.
Ş.E