SON XƏBƏRLƏR

Kreml qəza ilə bağlı ilkin hesabatı şərh etmədi

2025.02.06, 11:15
Kreml qəza ilə bağlı ilkin hesabatı şərh etmədi

Kreml Azərbaycan Hava Yolları təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı istintaqın ilkin nəticələrini şərh etməkdən imtina edib.

Gunaz.tv

GünazTV Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qazaxıstan tərəfinin dərc etdiyi araşdırmanın ilk nəticələrini şərh etmək sualına o, belə cavab verib:

“Bu, ilkin hesabatdır. Təbii ki, aidiyyəti şöbələrimiz bunu çox böyük diqqətlə öyrənəcək. Prezident administrasiyası şərh verməyi mümkün hesab etmir”.

Qeyd edək ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar